Bir yaşlı Əlinin dəstəyə ehtiyacı var: Atası vəfat edib, müalicə üçün pul çatmır
Bir yaşlı Əlinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Bakunews.media-a onun anası Lalə Seyidova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə böyrək problemindən əziyyət çəkir:
"Əli ötən ilin may ayında dünyaya gəlib. İlkin müayinələr zamanı onun böyrəyində problem olduğunu öyrəndik. Həkimlər Əlinin sidiyə getməsi ilə bağlı siqnallarının zəif olduğunu və sidiyə tam gedə bilmədiyini dedilər. Buna görə də mən Əlini hər gün kateter vasitəsilə sidiyə çıxarıram".
Gənc ana övladının müalicəsi üçün bir dəfə Türkiyəyə yollandıqlarını deyib:
"Biz Əlini müayinəyə üçün bir dəfə Türkiyəyə yollandıq. Orada Əli müxtəlif analizlər verdi və müayinələrdən keçdi. Həkimlər onun yaşının az olduğu üçün müalicənin onda daha tez fayda verəcəyini bildirdilər. Oradan gələn gündən bütün müalicələri vaxtlı-vaxtında etmişik. İndi müalicənin davam etməsi üçün 1200 manata ehtiyacımız var. Əlinin atası bir neçə ay əvvəl avtomobil qəzasında vəfat edib. O gündən sonra, inanın, vəziyyətimiz daha da çətinləşib. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 436-86-59.
Beynəlxalq Bank: 5522 0993 6467 6924.