Bakıda 135 saylı marşrut xəttindəki yeni avtobuslar yığışdırılıb? - İDDİA

Bakıda 135 saylı marşrut xəttindəki yeni avtobusları yığışdırıblar.

Bakunews.media xəbər verir ki, belə bir iddia sosial şəbəkədə paylaşılıb.

İddia olunub ki, yeni avtobusların əvəzinə xəttə köhnə "Daewoo" markalı avtobuslar buraxılıb.

Məsələ ilə bağlı xətt sahibi olan "Xaliq Faiqoğlu" MMC-yə sorğu ünvanladıq.

Şirkətin Mətbuat Xidmətindən Bakunews.media-ın sorğusuna cavab olaraq iddia təkzib olundu.

"Yeni avtobuslar öz qaydasında işləyir, heç biri xətdən çıxarılmayıb. Hazırda da yeni avtobuslar öz qrafikləri üzrə hərəkət etməkdədir.

Qeyd edim ki, Xırdalan şəhərində yollar bərbad vəziyyətdədir, müasir, alçaqdöşəməli avtobuslar sıradan çıxır, texniki nasazlıqlar yaranır. Bu səbəbdən də yay aylarında avtobusları növbəli şəkildə təmir etməyə məcbur qalırıq və onların əvəzinə də vaxtaşırı olaraq "Daewoo" markalı avtobuslar buraxılır. Bu səbəbdən də günün pik saatlarında insanlar yolda qalmasınlar deyə bir neçə "Daewoo" markalı avtobus da xəttə əlavə edilir", - deyə açıqlamada qeyd olunub.

Əzizə İsmayılova

0.077250003814697