"ASAN ödəniş" mobil tətbiqi smarftonlardan niyə silinib?

Bir neçə gündür ki, "ASAN ödəniş" mobil tətbiqi yükləndiyi bütün smartfonlardan avtomatik olaraq silinib.

Bakunews.media xəbər verir ki, tətbiqin deaktiv ediləcəyi ilə bağlı istifadəçilərə heç bir xəbərdarlıq olunmayıb. İstər "Play Store", istərsə də "Apple Store"da "ASAN ödəniş" yazıb axtarışa verdikdə isə, proqram istifadəçini birbaşa "SMS radar" tətbiqinə yönləndirir.

Məsələ ilə bağlı "ASAN Xidmət"ə sorğu ünvanladıq.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Bakunews.media-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

E.Niftəliyev qeyd edib ki, "ASAN ödəniş" mobil tətbiqi "Play Store" və "Apple Store" hesablarında aparılan dəyişikliklə bağlı müvəqqəti deaktiv edilib.

"Bu gündən "Apple Store"da tətbiqin işi bərpa olunub, yaxın günlərdə "Play Store"da da mobil tətbiq aktiv olunacaq",- deyə E.Niftəliyev əlavə edib.

Əzizə İsmayılova

0.048516035079956