Yaşar Ağazadə şantaj ittihamı ilə HƏBS EDİLDİ

Tanınmış hüquqşünas Yaşar Ağazadə həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Y.Ağazadə 4 nəfəri şantaj etməkdə təqsirləndirilir.

Hüquqşünas Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qurxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə yekun ittiham verilib.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Yaşar Ağazadə əvvəllər "Müxalifət" qəzetinin redaktoru olub.

1.2729518413544