Azərbaycanda ən yaşlı seçicilər səs verəcəklər: Birinin 134, birinin 109 yaşı var

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkisi keçiriləcək.

Modern.az-ın məlumatına görə, Azərbaycanın bu səsvermədə ən yaşlı seçicisi 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizovadır. Tamam Əzizova 78 saylı Lənkəran kənd seçki dairəsində qeydiyyatdadır. O, Lənkəranın Digah kəndində yaşayır.

Azərbaycanda ən yaşlı kişi seçicinin isə 109 yaşı var. 1915-ci il təvəllüdlü Hilal İsa oğlu İbrahimov 29 saylı Sabunçu dördüncü seçki dairəsinin 37 saylı məntəqə seçki komissiyasının seçici siyahısındadır.

0.1326699256897