"Atletiko Madrid" "Çelsi"nin futbolçusunu 42 milyon avroya transfer edib
"Atletiko Madrid" Konor Qallaxerin transferini 42 milyon avro qarşılığında rəsmiləşdirib.
Bakunews.media xəbər verir ki, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.
24 yaşlı yarımmüdafiəçi "Çelsi"dən transfer olunub. Onun keçidi 42 milyon avroya başa gəlib. Konor 2029-cu ilədək nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, ingiltərəli yarımmüdafiəçi "Çelsi"nin formasında 95 oyunda 10 qol vurub.