Assosiasiya rəsmisi: "Boneyr adasında yaşayan gənclər heç bir perspektiv görmürlər"

"Boneyr adasında yaşayan gənclər öz gələcəkləri ilə bağlı heç bir perspektiv görmürlər".

"Report" xəbər verir ki, bunu Afro-Karib regionu Assosiasiyasının vitse-prezidenti Rutsayni Janet Holder "Boneyr adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" adlı konfransda çıxışı zamanı deyib.

"Gənclər Boneyrdə işlə təmin edilməklə bağlı bir çox çətinliklərlə üzləşirlər. Ali təhsil almaq üçün xaricə getməliyik, qayıdanda isə diplomumuz tanınmır", - o vurğulayıb.

R.Holder bildirib ki, işəgötürənlərin yerli əhali arasında işə qəbul üçün rəsmi tələblərinə baxmayaraq, 2010-cu ildən bəri əksər iş yerləri adaya köçən avropalılara və digər yerli olmayan sakinlərə verilir:

"Bu, Boneyr gənclərinin iş təcrübəsi və layiqli həyat qazanma şanslarını daha da azaldır".

0.084396123886108