İkimərtəbəli ev bir göz qırpımında külə döndü - Hadisə yerindən GÖRÜNTÜLƏR

Avqustun 22-si Zaqatalanın Qımır kəndində yanğın baş verib.

Elnur Səmədova məxsus kürsülü ikiotaqlı fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində evin 70 kv/m-lik hissəsinin yanar konstruksiyaları və ev əşyaları tamamilə yanıb. Xəsarət alan olmasa da, ev sahibinə xeyli ziyan dəyib.

"Baxıb gördüm ki, evin içi alovlanır. Otaqda sənədlər var idi, hamısı yandı. Heç nə çıxara bilmədik", - hadisə barədə danışarkən Elnur Səmədov deyib.

Yanğın zamanı eyni həyətdə olan digər yaşayış binası və köməkçi tikili yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

İkimərtəbəli ev bir göz qırpımında külə döndü - Hadisə yerindən GÖRÜNTÜLƏR

İkimərtəbəli ev bir göz qırpımında külə döndü - Hadisə yerindən GÖRÜNTÜLƏR

0.38829302787781