Bakıda qurumuş ağac gövdəsi avtomobilin üzərinə aşıb: Zərəri kim ödəyəcək?

Bakıda qurumuş ağac gövdəsi avtomobilin üzərinə aşıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə dünən Nizami rayonu ərazisində, Tofiq Abbasov, 40 ünvanında baş verib. Zərərçəkmiş Anar Teymurov deyir ki, o, həmin ünvana müştəri gətirib. Onu düşürüb, geri qayıtmaq istəyən zaman başına bu iş gəlib və avtomobilə ciddi ziyan dəyib.

O, Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etsə də, cəhdləri nəticə vermir. Ona dəymiş zərərin ödənməyəcəyi qəti şəkildə ifadə edilib.

Anar Teymurov taksi fəaliyyəti ilə məşğuldur. Bu gözlənilməz hadisə onu əlavə maddi ziyana salıb. İşində fasilə yaranmaması üçün arxa şüşəni dəyişib taksi fəaliyyətini davam etdirir. Bununla belə, dəymiş zərərin ödənilməsini istəyir.

Hüquqşünaslar bildirirlər ki, vətəndaş belə vəziyyətdə məhkəməyə müraciət edərək, ona dəymiş zərərin ödənilməsini təmin edə bilər.

Ətraflı süjetdə:

Bakıda qurumuş ağac gövdəsi avtomobilin üzərinə aşıb: Zərəri kim ödəyəcək?

Bakıda qurumuş ağac gövdəsi avtomobilin üzərinə aşıb: Zərəri kim ödəyəcək?

0.42911911010742