Bakıda BMW və yük maşını yanıb

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

Bakunews.media Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, BMW markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.

Paytaxtın Yasamal rayonunda isə "KamAZ" markalı yük avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub, yanğın söndürülüb.

0.35958290100098