Qonaq gedən ailə qəzaya düşdü: Ər və arvad hadisə yerində öldülər

Zaqatalada iki minik avtomobili toqquşub, ölənlər var.

APA-nın məlumatına görə, hadisə axşam saat 18:30-da Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 122-ci kilometrliyində, Zaqatala rayonu Muxax kəndinin inzibati ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "BMW" markalı 62 BP 419 dövlət nömrə nişanlı minik avtomobili ilə rayonun Əliabad qəsəbə sakini qadının idarə etdiyi "Opel" markalı 99 SF 186 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

Qəzadan sonra "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. "Opel" markalı avtomobilin sərnişinləri, rayonun Əliabad qəsəbə sakinləri olan 1979-cu il təvəllüdlü Telman Mirzəbəyov və 1987-ci il təvəllüdlü Sərcahan Musayeva aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

"Opel" markalı avtomobilin sürücüsü və maşında olan daha iki nəfərin xəsarət aldığı bildirilir. Əldə olunan məlumata görə, "Opel" markalı avtomobildə olan şəxslər rayonun Muxax kəndinə qonaq gedirlərmiş.

Qəza zamanı həyatını itirən şəxslərin ölümünün dəqiq səbəbinə aydınlıq gətirilməsi üçün meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Zaqatalada iki minik avtomobili toqquşub, ölənlər var.

APA-nın məlumatına görə, hadisə axşam saat 18:30-da Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisində, "Şimşək" adlanan hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində iki nəfər hadisə yerində həyatını itirib, yaralıların olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb ediliblər.

0.4503288269043