Almaniya Bundesliqası: "Bayer" "Borussiya" üzərində qələbə qazandı

Almaniya Bundesliqasında 1-ci turun "Borussiya" (Münhenqladbax) və Leverkuzenin "Bayer" komandaları arasındakı qarşılaşma başa çatıb.

Bakunews.media xəbər verir ki, oyun Münhenqladbaxdakı "Borussiya-Park" stadionunda keçirilib. Görüşün baş hakimi Robert Şröder olub. Matç 3:2 hesabı ilə "Bayer"in xeyrinə bitib.

Məlumata görə, 12-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Qranit Caka hesabı açıb. 38-ci dəqiqədə "Bayer"dən hücumçu Florian Virtz hesabdakı fərqi artırıb. 59-cu dəqiqədə müdafiəçi Niko Elvedi "Borussiya"nı irəli aparıb. Matçın 85-ci dəqiqəsində "Borussiya"nın hücumçusu Tim Klyayndinst hesabı bərabərləşdirib. Lakin 90+11-ci dəqiqədə Virtz dubla imza atıb.

Ötən mövsümün sonunda "Bayer" 34 oyunda 90 xal toplayaraq Almaniya çempionu olub. "Borussiya" isə 34 xal toplayaraq 14-cü yerdə qalıb.

Ötən Bundesliqanın ilk turunda "Bayer" Münhenqladbax komandasını 3:0 hesabı ilə məğlub edib. İkinci dövrədə komandalar heç-heçə oynayıblar (0:0).

0.055211067199707