Əli Əsədov ukraynalı həmkarını təbrik edib

Azərbaycan Baş naziri Əli Əsədov Ukraynanın Baş naziri Denis Şmıqala ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, məktubda Azərbaycan-Ukrayna əlaqələrinin dərin tarixi köklərə və xoş ənənələrə malik olduğu bildirilib.

Vurğulanıb ki, iki xalqın iradəsindən qaynaqlanan və möhkəm təməllər üzərində qurulan dövlətlərarası əlaqələrin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur.

Həmçinin, Azərbaycan ilə Ukrayna arasında ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

0.081973075866699