Suçiçəyi keçirən şəxs meymunçiçəyinə yoluxa bilərmi?

Afrikada meymunçiçəyi (mpox) xəstəliyinin yayılması və Ümumdünya Səhiyyə Təşkilatının buna görə səhiyyə sahəsində fövqəladə vəziyyət elan etməsi insanları bir çox suallara cavab tapmağa vadar edir.

Bu məsələ ilə bağlı ən çox verilən suallardan biri də suçiçəyi keçirən və yaxud suçiçəyinə qarşı peyvənd olunan şəxslərin meymunçiçəyinə yoluxma ehtimalının olub-olmaması ilə bağlıdır.

Sualımızı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazova ünvanladıq.

Bakunews.media-a açıqlamasında infeksionist bildirib ki, meymunçiçəyi və suçiçəyi fərqli infeksiyalardır:

"Ona görə bunlardan hər hansı birini keçirməsi və ya vaksinasiya olunması şəxsi digərinə yoluxmadan qorumur".

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi (mpox) epidemiyasından qorunmaq üçün insanları .

Əzizə İsmayılova

0.046549797058105