21 yaşlı qardaş bacı qatili oldu

Avqustun 24-də saat 22:30-da Siyəzən rayonunda 28 yaşlı Şəbnəm Ənvər qızı Mustafazadənin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 21 yaşlı Səfər Mustafazadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0.071510076522827