Bakıda yeniyetməni motosiklet vurub
Bakının Xəzər rayonunda 15 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Report" xəbər verir ki, 2009-cu il təvəllüdlü Ömər Ramin oğlu İsmayılov yolu keçərkən motosiklet onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona əng sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.