Dağlıq ərazilərdə yağış yağıb, Bakıda və Abşeronda külək güclənib – FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Bakunews.media-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Yağıntının miqdarı Balakəndə 3, Zaqatalada 2, Şahdağ, Tovuz, Şəkidə 1 mm-dək olub.

Göygöldə duman müşahidə olunub.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Culfada 22 m/s-dək güclənib.

0.082969188690186