Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
Tibbi-meteoroloji proqnoz açıqlanıb.
Bakunews.media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 26-da Abşeron yarımadasında ara-sıra güclənən mülayim xəzri küləyinin əsəcəyi gözlənilir. Bu, isti və diskomfort hava şəraitində meteohəssas insanlar üçün müsbət amil olacaq.