"Fənərbağça" "Rizespor"u qol yağışına tutdu

Türkiyə Süper Liqasının 3-cü turunda Joze Mourinyonun rəhbərlik etdiyi "Fənərbağça", İlhan Palutun rəhbərlik etdiyi "Çaykur Rizespor"la üz-üzə gəlib.

Bakunews.media xəbər verir ki, gərgin keçən oyunda "Fənərbağça" rəqibini 5:0 hesabı ilə məğlub edərək 3 xal qazanıb.

"Çaykur Didi" stadionunda keçirilən görüşdə "Fənərbağça" xal hesabını 7-yə çatdırıb. "Rizespor" isə 4 xalda qalıb.

Beləliklə, Mourinyonun komandası mövsümə uğurlu başlanğıc edib.

0.056588172912598