"Qarabağda qazanılan qələbə seçicilərin qərarına təsir edəcək" - SORĞU

"Azərbaycanda seçkidə iştirak edəcək seçicilər ölkənin sosial-iqtisadi baxımdan doğru irəlilədiyi qənaətindədir".

Bakunews.media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) yerli tərəfdaşı ilə birgə "exit poll" keçirmək üçün qeydiyyatdan keçən "Oracle Advisory Group"un keçirdiyi seçkiöncəsi sosioloji sorğu ilə bağlı mətbuat konfransında Corc Birnbaum deyib.

Onun sözlərinə görə, keçirilən sorğuda respondentlərin 100 faizi özlərini təhlükəsiz hiss etdiyini, ölkənin terror hücumlarından qorunduğunu bildiriblər:

"Baxmayaraq ki, onlar qeyri-sabit bölgədə yaşayırlar, amma ölkə olaraq sabitlik şəraitindədirlər. Qarabağ münaqişəsində Azərbaycanın qələbə qazanması da bu istiqamətdə mühüm rol oyanır".

"Keçirdiyimiz sorğu nəticəsində məlum olub ki, sadalanan bu nüanslar siyasi liderlik nəticəsindən mümkün olur. Respondentlərin 88 faizi də belə düşünür. Həmçinin, respondentlərin 96 faizi hesab edir ki, Qarabağda qazanılan qələbə onların qərarına təsir edəcək", - deyə təşkilat nümayəndəsi əlavə edib.

Mərahim Nəsib

0.086622953414917