Bakıda məşhur kişi salonunda İNTİHAR
Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu, Azadlıq prospektində yerləşən "Studio-23" kişi salonunda baş verib.
Orada bərbər işləyən, 25 yaşlı İlkin Nağıyev iş yerində özünü asıb.
İ. Nağıyevin hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Nərimanova Rayon Prokurorluğunda araşdırma aparılır.