Sumqayıtda 29 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

Sumqayıtda 29 yaşlı kişi bıçaqlanıb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Ramil Firudin oğlu Hüseynov münaqişə zəminində tanışı, 1995-ci il təvəllüdlü Fariz Qasım oğlu Məhəmmədova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.37238693237305