Azərbaycanda "sükut günü" başladı

Sentyabrın 1-nə təyin edilən Milli Məclisə növbədənkənar seçki ilə bağlı seçkiqabağı təşviqat üçün ayrılan müddət sona çatıb.

Bakunews.media xəbər verir ki, sözügedən müddətin sona çatması qeyri-rəsmi olaraq həm də "sükut günü" adlanır.

Belə ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Növbədənkənar parlament seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il avqustun 9-dan başlanılıb və bu prosesə avqustun 31-i saat 8:00-da xitam verilməlidir.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçki ilə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkisində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.

0.097154855728149