Mikayıl Cabbarov səs verdi

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisə keçirilən növbədənkənar seçkidə səsvermə hüququndan istifadə edib.

"Report" xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

0.097701787948608