Piyadanı vurmaq istəmədi, idarəetməni itirib ağaca çırpıldı - FOTO/VİDEO

Sumqayıtda idarəetməni itirən sürücü yol qəzası törədib.  

Bakunews.media xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində baş verib.  

“Mercedes” markalı minik avtomobilinin sürücüsü qarşısına çıxan piyadanı vurmamaq üçün nəqliyyat vasitəsini kənara çəkmək istəyib.  

Bu zaman sürücü idarəerməni itirərək avtomobili yol kənarındakı ağaca çırpıb. Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobil yararsız hala düşüb.  

Yol infrastrukturuna və yaşıllaşdırmaya ziyan dəyib. Qəza nəticəsində yolda tıxac yaranıb. Polis əməkdaşları yolda tənzimləmə işləri aparıb.  

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. 

0.32009291648865