Millətlər Liqası: Portuqaliya Xorvatiyadan üstün oldu, İspaniya Serbiya ilə bacarmadı

UEFA Millətlər Liqasında qrup mərhələsi görüşlərinə start verilib.

Bakunews.media xəbər verir ki, ilk oyun günündə Azərbaycan - İsveç görüşündən başqa daha səkkiz matç keçirilib.

Gecənin ən maraqlı qarşılaşmalarından biri Portuqaliya ilə Xorvatiya arasında baş tutub. Prineylilərin hücumçusu 39 yaşlı Kriştianu Ronaldu doğma azarkeşləri önündə 900-cü qolunu vuraraq yeni rekorda imza atıb. Qarşılaşma 2:1 hesabı ilə portuqalların xeyrinə başa çatıb.

Digər görüşlərdə San-Marino evdə Lixtenşteynə, Slovakiya isə səfərdə Estoniyaya minimal hesabla qalib gəlib - 1:0.

Serbiya - İspaniya və Belarus - Bolqarıstan matçlarında hesab açılmayıb - 0:0.

Polşa səfərdə Şotlandiya üzərində qələbəni son saniyələrdə qazanıb - 2:3.

Həmçinin, Şimali İrlandiya Lüksemburqdan, Danimarka İsveçrədən üstün olub - 2:0.

0.070863962173462