Əfqanıstan və Pakistan sərhədində silahlı TOQQUŞMALAR

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal "Taliban" hərəkatının döyüşçüləri ilə Pakistan sərhəd qoşunları arasında iki ölkənin mübahisəli sərhədi ərazisində silahlı toqquşmalar başlayıb.

Bu barədə Bakunews.media "TOLOnews" telekanalına istinadən məlumat verir.

Məlumata görə, Əfqanıstanın şərqində yerləşən Host vilayətinin sərhədi yaxınlığında "Taliban" ilə Pakistan hərbçiləri arasında döyüşlər gedir.

Hətta ağır silahlardan da istifadə etdiyi iddia edilir. Ölən və ya yaralananlar barədə məlumat verilmir.

0.50965595245361