UEFA Millətlər Liqası: Ronaldu qol vurdu, Portuqaliya qazandı

Portuqaliya və Şotlandiya millilərinin qarşılaşdığı UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunun 2-ci turunun oyunu başa çatıb.

Bakunews.media xəbər verir ki, oyun Lissabondakı "Da Luz" stadionunda keçirilib. Görüşün baş hakimi olaraq Maurisio Mariani (İtaliya) çıxış edib. Qarşılaşma 2:1 hesabı ilə Portuqaliya yığmasının xeyrinə başa çatıb.

Yeddinci dəqiqədə Şotlandiya millisinin yarımmüdafiəçisi Skott Maktominey hesabı açıb. Daha sonra, 54-cü dəqiqədə yarımmüdafiəçi Brunu Fernandes qapının sağ küncünə endirdiyi zərbə ilə Portuqaliyanın cavab qolunu vurub. 88-ci dəqiqədə Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu qələbə qolunu vurub.

A Liqasının 1-ci qrupunda Polşa və Xorvatiya yığmaları da iştirak edir.

Xatırladaq ki, UEFA Millətlər Liqasının hazırkı qalibi İspaniya millisidir. Sonuncu püşkatmanın finalında ispanlar Xorvatiya millisini 0:0 (5:4 pen.) hesabı ilə məğlub ediblər.

İspaniya millisi, həmçinin 2024-cü il Avropa çempionatının qalibi olub və finalda İngiltərə millisini 2:1 hesabı ilə məğlub edib.

0.058881044387817