Sadio Mane "Beşiktaş"la danışıqlara razılıq verib

"Ən-Nəsr" klubunun ulduz futbolçusu Sadio Mane "Beşiktaş"la danışıqlar üçün razılıq verib.

Bakunews.media xəbər verir ki, "Beşiktaş" klubun prezidenti Hasan Arat "Ən-Nəsr"in prezidenti Musalli Əl-Muammerdən transferə icazə verməsini istəyib.

Sadio Mane də müsəlman bir ölkədə çıxış etmək istədiyindən "Beşiktaş"la danışıqlara razılıq verib.

Qeyd edək ki, Sadio Mane bu mövsüm "Ən-Nəsr" forması ilə dörd görüşdə meydana çıxıb, iki məhsuldar ötürmə ilə yadda qalıb.

0.11656308174133