Millətlər Liqası: Türkiyə, Fransa və İtaliyadan qələbə, Qazaxıstan məğlub oldu

UEFA Millətlər Liqasında bu axşam səkkiz görüş keçirilib.

Bakunews.media xəbər verir ki, Türkiyə yığması İzmirdə İslandiya millisini qəbul edib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Ay-ulduzluların bütün qollarını Kerem Aktürkoğlu vuraraq het-trikə imza atıb.

Həmçinin Fransa evdə Belçikanı (2:0), İtaliya isə səfərdə İsraili (1:2) məğlub edib.

Digər matçlarda Monteneqro doğma meydanda Uelsə (1:2), Avstriya isə səfərdə Norveçə uduzub (2:1).

Sloveniya Qazaxıstanın qapısından 3, Kosovo Kiprin qapısından 4 cavabsız top keçirib (3:0 və 0:4). Rumıniya isə Litvadan üstün olub - 3:1.

0.055335998535156