İlham Zəkiyev: "Təşkilatçılıq bərbad idi"
"Bu mənim iştirak etdiyim 6-cı Paralimpiya Oyunları idi".
Bakunews.media xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan millisinin parataekvondoçusu İlham Zəkiyev deyib.
J1 kateqoriyasında 90+ kq-da bürünc medal qazanan Zəkiyev yarışla bağlı təəssüratlarını bölüşüb:
"Zədələrim ucbatından uzun müddədir müalicə alırdım. Buna görə də istədiyim kimi hazırlaşa bilməmişdim. Lakin bütün bunlara baxmayaraq Vətənə bürünc medalla döndüyüm üçün çox xoşbəxtəm. Birinci görüşdə fransalı rəqibimə qarşı mübarizə apararkən hakimlərin tərəfkeşliyi hiss olunurdu. Qələbəmi vətənimə və xalqıma həsr edirəm. Fransda keçirilən Paralimpiya Oyunlarının təşkilatçılığı isə bərbad idi".
Qeyd edək ki, ölkəmiz turnirdə 7 növdə 18 idmançı ilə təmsil olunub. Yığmamız Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla (4 qızıl, 2 gümüş və 5 bürünc) başa vurub.