Çempionlar Liqasının qalibi olan klubumuzun baş məşqçisi: "Bir az bəxtimiz gətirdi"
"Turnir çox çətin keçdi, amma yenə qələbə qazana bildik".
Bakunews.media xəbər verir ki, bunu minifutbol üzrə Çempionlar Liqasının qalibi olan "Birbaşa Bakı"nın baş məşqçisi Dan Marius Mitu Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində deyib.
"Həqiqətən hər şey çətin oldu. Bir az da bəxtimiz gətirdi. Komandamız yaxşı oyun göstərdi. Bu qalibiyyətə layiqli komanda biz idik. Biz ötən ildən hegemonluğumuzu göstəririk. Rumıniya və digər ölkələrin komandaları bizdən qorxmalıdırlar. Bizim məqsədimiz Avropanın minifutbol xəritəsinə "Birbaşa"nı salmaqdır. Təbii ki, biz gələn il də bu qalibiyyəti əldə etmək üçün çalışacağıq. Bundan sonra iki gün istirahət edib, məşqlərimizə başlayacağıq. Bundan sonra var gücümüzlə Azərbaycan çempionatına hazırlaşacağıq".
Qeyd edək ki, turnirin həlledici matçında "BKMK Brno" (Çexiya) ilə qarşılaşan təmsilçimiz rəqib üzərində 2:1 hesablı qələbə qazanaraq Çempionlar Liqasının qalibi olub.
Anar Həsənov