"Qarabağ" "Mançester Yunayted", "Qalatasaray" və "Napoli"ni qabaqladı

"Qarabağ" sentyabr ayı üçün açıqlanan klubların reytinq sıralamasında "Mançester Yunayted" və "Napoli"ni qabaqlayıb.

Bakunews.media xəbər verir ki, IFFHS (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) tərəfindən hazırlanan cədvəldə Azərbaycan çempionu "Qarabağ" 182,75 xalla 52-ci sırada qərarlaşıb.

Qurban Qurbanovun komandası bu göstərici ilə "Qalatasaray", "Mançester Yunayted" və "Napoli" kimi klubları geridə qoyub.

Ölkəmizin digər klubu "Zirə" 91,25 xalla 211-cidir. "Sabah" (59 xal) 428-ci, "Neftçi" (53,5 xalla) 482-cidir.

Qeyd edək ki, siyahıya 403 xalla Madrid "Real"ı başçılıq edir. "Mançester Siti" (368 xalla) ikinci, "Bayer" (353 xal) isə üçüncüdür.

0.082157135009766