Kosovo Futbol Federasiyasının prezidenti futbolçuları təhdit edib: "Ayaqlarınızı sındıracağam"
Kosovo Futbol Federasiyasının Prezidenti Aqim Ademi milli komanda futbolçularını ayaqlarını sındırmaqla təhdid edib.
Bakunews.media xəbər verir ki, Futbol Federasiyasının prezidenti Aqim Ademi futbolçular Edon Jeqrova, Arijanet Muriç və Florent Musliyana "ayaqlarınızı sındıracağam" deyərək hədələyib.
Bu səbəbdən baş məşqçi Franko Foda adıçəkilən üç oyunçunu heyətdən kənarlaşdırıb.
Daha əvvəl oxşar problemlərlə qarşılaşan bu futbolçular düşərgə qaydalarını pozduqları üçün tənqid olunublar.