"McLaren"in rəhbəri: "Bakıdakı yarış hər zaman maraqlı olur"

"Bakıda keçiriləcək Qran-pri öncəsi çox nikbinik".

Bakunews.media xəbər verir ki, bunu "McLaren" komandasının rəhbəri Andrea Stella deyib.

O bildirib ki, sentyabrın 13-15-də keçiriləcək Azərbaycan Qran-prisi öncəsi komandasının əhval-ruhiyyəsi çox yüksəkdir:

"Monzadan iki kubokla ayrılmışıq, Bakıda keçiriləcək Qran-prini səbirsizliklə gözləyirik. Bakıdakı yarış hər zaman maraqlı olur. Bizim müxtəlif traslarda rəqabət aparan avtomobilimiz, ardıcıl olaraq xallar qazanan iki əla pilotumuz var. Bu baxımdan, mövsümün son üçdəbirində nikbinliyə əsas var".

Qeyd edək ki, "McLaren" pilotu Lando Norris İtaliyanın Monza şəhərində fərdi yarışda və Konsern konstruktorları kubokunda da ikinci olub.

0.04621410369873