Dövlət Xidməti rəis müavinini məhkəməyə verdi

Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB) rəis müavini məhkəməyə verilib.

"Qaynarinfo"nun məlumatına görə, birliyin rəis müavini Fariz Elxan oğlu Hacıyev ilə bağlı İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə müraciət olunub.

Fariz Hacıyev barəsində məhkəmədə vergi borcunun olması və onun ödənilməməsi ilə bağlı iddia qaldırılıb.

İşə Qaradağ Rayon Məhkəməsinin hakimi Kamran Əsədovun sədrliyi ilə baxılacaq.

0.091547966003418