"Mançester Siti"dən qələbə, "Liverpul" evdə uduzdu
İngiltərə Premyer Liqasında dördüncü turun oyunları keçirilir.
Bakunews.media xəbər verir ki, doğma meydanda "Brentford"u qəbul edən son çempion "Mançester Siti" Erlinq Holandın dublu sayəsində üç xalı qazanıb - 2:1.
Ev sahiblərinin norveçli hücumçusu tarixi nəticəyə imza atıb. O, matçda dubl etməklə Premyer Liqanın ilk dörd turunda doqquz qol vurmağı bacaran ilk futbolçu olub.
"Liverpul" ev oyununda "Nottingem Forest"lə üz-üzə gəlib. Qarşılaşma gözlənilmədən qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.
Qeyd edək ki, hazırda "Siti" 12 xalla turnir cədvəlinə başçılıq edir. "Liverpul" 9 xalla ikincidir.