"Qalatasaray" rəqibini darmadağın etdi
Türkiyə Super Liqasında dördüncü turun görüşləri oynanılır.
Bakunews.media xəbər verir ki, çempion"Qalatasaray" bu dəfə doğma meydanda "Rizespor"la qarşılaşıb.
Meydan sahibləri qonaqlara şans verməyiblər. Sançez, Bardakçı, Sara, Mertens və Yılmazın qolları "aslanlar"a böyükhesablı qələbə qazandırıb - 5:0.
Hazırda "cim-bom" 12 xalla turnir cədvəlinin ən yüksək pilləsində qərarlaşıb. Rizəlilər isə 4 xalla 13-cü yerdədirlər.