Azərbaycanda həkimi avtomobil vuraraq öldürdü

Şəmkir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin 5-ci küçəsində qeydə alınıb.

"Hyundai" markalı avtomobil 1960-cı il təvəllüdlü Ziyafət Səmədzadəni vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkim vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.

0.060446977615356