Yardımlının bəzi kəndlərindən gənclər baş götürüb qaçırlar: Nə qaz, nə su, nə də işıq var

Yardımlı rayonunun Tejkan, Separati, Horonu və Yolocaq kəndlərində kommunal xidmətlər yoxdur, yollar isə təmirə ehtiyac duyur.

Yolocaq kənd sakini Bahadin Əsədov mövcud vəziyyətlə bağlı bildirib ki, onlara qaz, işıq, su və yol lazımdır. O, bu xidmətlərin təmin olunması halında kəndi tərk edən gənclərin geri dönəcəklərinə inandığını da qeyd edib.

Digər kənd sakinləri də bu məsələdən narazıdırlar.

Aidiyyəti qurumlar isə yaşanan hallarla bağlı açıqlama veriblər.

Yollarla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Cəfərli Yolocaq, Gölyeri, Ləzgilər və digər kəndlərin yollarının maliyyə vəsaiti ayrıldıqdan sonra təmir olunacağını bildirib.

Qazla bağlı "Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev işlərin Yardımlıda dayandırılmadığını, bu il də Avur, Şəfəqli və Nisəqala kəndlərində davam etdirildiyini qeyd edib.

"Azərişıq" ASC isə istismar müddətini başa vuran işıq dirəklərinin dəyişdiriləcəyini vurğulayıb.

Ətraflı İTV-nin süjetində:

Yardımlının bəzi kəndlərindən gənclər baş götürüb qaçırlar: Nə qaz, nə su, nə də işıq var

Yardımlının bəzi kəndlərindən gənclər baş götürüb qaçırlar: Nə qaz, nə su, nə də işıq var

0.072930097579956