Sumqayıtda 20 yaşlı oğlan tikintidə yıxılaraq ölüb

Sumqayıtda fəhlə işləyən gənc oğlan hündürlükdən yıxılaraq ölüb.

"Report"un məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən tikintilərdən birində qeydə alınıb.

2004-cü il təvəllüdlü Bərdə rayon sakini Səfəralı Faiq oğlu Səfərov tikintidə işləyərkən ehtiyatsızlıqdan yıxılıb və hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

0.098531007766724