Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Qazaxıstanla üz-üzə

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında Qazaxıstanla üz-üzə gələcəklər.

Bakunews.media xəbər verir ki, hər iki görüş VII turda baş tutacaq.

6 turdan sonra 10 xal toplayan qadınlardan ibarət komanda 10-cu yerdədir. Hindistan 12 xalla liderdir. Gürcüstan və Polşanın hərəyə 11 xalı var. Milli daha öncə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina və Ukrayna ilə heç-heçə edib - 2:2.

Kişilərdən ibarət seçmə isə 8 xalla 22-cidir. Komanda Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub. Burada da Hindistan 12 xalla liderdir. Çin və Vyetnamın hərəyə 11 xalı var.

Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.

Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarətdir.

0.053395986557007