Türkiyə Superliqasının derbi görüşü üçün satışa çıxarılan biletlər üç saniyəyə bitib
Türkiyə Superliqasının VI turunda keçiriləcək "Fənərbağça" - "Qalatasaray" oyununun biletləri qısa müddət ərzində satılıb.
Bakunews.media xəbər verir ki, biletlər satışa çıxarıldıqdan cəmi 3.1 saniyə sonra tükənib.
Bu, Türkiyə futbolu tarixində bilet satışı baxımından rekord göstəricidir.
Sentyabrın 21-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Superliqada 5 turdan sonra "Qalatasaray" maksimum nəticə ilə (15 xal) turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal az toplayan "Fənərbağça" isə ikinci pillədə qərarlaşıb.