Livanda bütün futbol oyunları təxirə salındı
Livan Futbol Assosiasiyasının (LFA) himayəsi altında keçiriləcək bütün oyunlar İsrailin hücumları səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
Bakunews.media xəbər verir ki, bu barədə LFA-nın mətbuat xidməti məlumat yayıb.
"Ölkənin üzləşdiyi mövcud vəziyyəti nəzərə alaraq, Livan Futbol Assosiasiyasının icraiyyə komitəsi bütün turnir oyunlarını qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib", - deyə assosiasiyanın açıqlamasında bildirilir.
Qeyd edək ki, sentyabrın 20-də futbol üzrə Livan çempionatının 2024/25 mövsümünə start verilib, komandalar bir tur keçirməyi bacarıblar. İkinci turun sentyabrın 27-dən 29-dək keçirilməsi nəzərdə tutulmuşdu.