Zidanın oğlu karyerasını bitirdi
1998-ci il dünya çempionu Zinəddin Zidanın böyük oğlu Enzo Zidan 29 yaşında futboldan ayrılıb.
Bakunews.media xəbər verir ki, bu barədə İspaniyanın "AS" qəzeti məlumat yayıb.
Yarımmüdafiəçinin son komandası 2022-2023-cü illərdə çıxış etdiyi İspaniyanın "Fuenlabrada" klubu olub. Enzo orada 29 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Zidan motivasiya çatışmazlığı səbəbindən karyerasını bitirmək qərarına gəlib, indi Enzo ailəsinə daha çox vaxt ayırmaq istəyir (onun üç qızı var).
Kişik Zidan "Real Madrid"in yetirməsidir, lakin o, əsas komandada bir oyun belə keçirməyib. Yarımmüdafiəçi İspaniyanın "Alaves", Almeria", İsveçrənin "Lozanna", Portuqaliyanın "Aves" və Fransanın "Rodez" klublarında çıxış edib.
Zinəddin Zidanın digər üç oğlu da peşəkar futbolçudur. 26 yaşlı Luka (qapıçı) "Qranada"da, 22 yaşlı Teo (yarımmüdafiəçi) "Kordoba"da, 18 yaşlı Elias (müdafiəçi) isə "Betis"də oynayır.