UEFA-nın futbolsevərləri çaş-baş salan yeni formatı
UEFA tərəfindən qəbul olunan yeni format futbol azarkeşlərini keçirilən oyunlar və zamanları ilə bağlı çaş-baş salıb.
Bakunews.media xəbər verir ki, öncəki illərdə keçirilən UEFA Çempionlar Liqasının qrup mərhələsinin görüşləri həftənin yalnız ikinci və üçüncü günləri baş tuturdu. UEFA Avropa Liqası və Konfrans Liqasının qarşılaşmaları isə həftənin üçüncü və dördüncü günlərində təşkil olunurdu.
UEFA yeni formata keçdikdən sonra isə azarkeşlərin fikirlərini qarışdırıb.
Belə ki, UEFA Çempionlar Liqasının ilk turu həftənin ikinci, üçüncü və dördüncü günlərində keçirildi. Bu həftə baş tutacaq UEFA Avropa Liqasının görüşlərinə isə bu gün start veriləcək.
Burada maraqlı məqamlardan biri odur ki, təmsilçimiz "Qarabağ" sentyabr ayının 26-da ilk oyununu səfərdə İngiltərənin "Tottenhem" klubu ilə keçirəcək. "Köhlən atlar" növbəti matçında bir həftə sonra, yəni oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda "Malmö" klubunu qəbul edəcəklər. Yəni təmsilçimiz iki həftə ardıcıl olaraq Avrokuboklarda mübarizə aparacaq.
Həmin ərəfədə, həftənin ikinci və üçüncü günləri UEFA Çempionlar Liqasının, dördüncü günü isə UEFA Avropa Liqası və Konfrans Liqasının növbəti oyunları baş tutacaq.
UEFA tərəfindən qəbul olunan yeni format komandaların səviyyəsini artırmaq və Liqadakı mübarizəni və finala doğru yolu daha çətin vəziyyətə gətirmək üçün nəzərdə tutulsa da, bu, turnirdə iştirak edən klubların hər birində yorğunluq yarada bilər.
Nəzərə alsaq ki, UEFA Çempionlar Liqasının və Avropa Liqasının ikinci turu və Konfrans Liqasının ilk turu oktyabr ayının 3-də başa çatdıqdan sonra milli yığmaların oyunları üçün fasilə yaranacaq. Bu da öz ölkəsinin uğurları üçün seçmə komandaya dəvət olunan futbolçulara ikiqat yükə çevrilə bilər.