"Çelsi"nin futbolçusu adını Premyer Liqa tarixinə yazdırdı
"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer Premyer Liqanın 6-cı turunda "Brayton"la matçın ilk yarısında 4 qol vurub.
Bakunews.media xəbər verir ki, bununla da o, İngiltərə Premyer Liqası tarixində bir matçda fasiləyə qədər dörd qol vuran ilk oyunçu olub.
Palmer bu oyunda ilk qolunu 21-ci dəqiqədə vuraraq hesabı bərabərləşdirib. 28-ci dəqiqədə o, penaltini dəqiq yerinə yetirərək dubl edib. 31-ci dəqiqədə isə birbaşa cərimə zərbəsi ilə üçüncü dəfə fərqlənib. Koul 41-ci dəqiqədə dördüncü qolunu vurub.
Qeyd edək ki, Palmerin klubla hazırkı əmək müqaviləsi 2033-cü ilin yayına qədərdir.
Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.