"Bavariya" "Bayer"lə xalları yarı böldü

Almaniya Bundesliqasında beşinci turun mərkəzi qarşılaşması başa çatıb.

Bakunews.media xəbər verir ki, Allianz Arenada "Bavariya" "Bayer"i qəbul edib.

Matçda komandalar hərəyə bir dəfə fərqləniblər. Andrixin 31-ci dəqiqədəki qoluna meydan sahibləri 39-cu dəqiqədə Pavloviçin dəqiq zərbəsi ilə cavab veriblər - 1:1.

Hazırda Münhen klubu 13 xalla çempionata liderlik edir. Son çempion "Bayer" isə 10 xalla 3-cüdür.

0.33867311477661