Messinin qolu "İnter Mayami"ə xal qazandırdı

ABŞ-də baş tutan MSL-in (Major Soccer League) növbəti tur matçında "İnter Mayami" "Şarlott" ilə qarşılaşıb.

Bakunews.media xəbər verir ki, Fort Lauderdeyldəki DVR Stadionunda keçirilən görüş heç-heçə başa çatıb - 1:1.

57-ci dəqiqədə qonaqların polşalı mərkəz hücumçusu Karol Sviderski matçda hesabı açıb. 68-ci dəqiqədə "İnter Mayami"nin məşhur argentinalı hücumçusu Lionel Messi fərqlənərək hesabı bərabərləşdirib.

Qeyd edək ki, növbəti matçda "İnter Mayami" səfərdə "Kolumbus Kryu", "Şarlotta" isə evdə "Çikaqo Fayr"la qarşılaşacaq.

0.31943416595459