Madrid derbisində qalib müəyyənləşməyib

İspaniya La Liqasının növbəti turu çərçivəsində "Atletiko Madrid" "Real Madrid"i qəbul edib.

Bakunews.media xəbər verir ki, matç "Civitas Metropolitano" stadionunda keçirilib. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Madrid derbisində qalib müəyyənləşməyib - 1:1.

Matçın ilk qolunu 64-cü dəqiqədə Eder Militao vurub.

Bundan dərhal sonra "Atletiko" azarkeşləri "Real"ın qapıçısı Tibo Kurtuaya yad əşyalar atmağa başlayıblar.

Oyunda təxminən 15 dəqiqə fasilə yaranıb.

Qarşılaşmanın 90+5-ci dəqiqəsində Anxel Korrea hesabı bərabərləşdirib.

0.49230003356934